Bölgəmizin mədəni irsi

“Qalakənd qalası” məbəd kompleksi Yuxarı Əskipara kəndində, Coğaz çayının sağ sahilində yerləşir. Bəzi mənbələrə əsasən bu kompleks Qafqaz Albaniyası hökmdarlarının iqamətgahlarından biri olmuşdur. Kompleks təxminən 2,5 ha ərazidə yerləşərək ikiqat divarla əhatə olunmuşdur. Divarlar arasında məsafə təxminən 12 metrə yaxındır. Divarlar yerin relyefi ilə uzlaşdırılaraq strateji baxımdan çox mükəmməl bir tərzdə ucaldılmışdır. Qalanın daxili hissəsində dini və təsərrüfat təyinatlı tikililər ucaldılmışdır. Bunların içində ən əhəmiyyətlisi qalanın yuxarı hissəsində yerləşən məbəddir. Məbədin tikintisində bişmiş kərpicdən, yerli tikinti materialından olan gəc və bünövrə üçün dağ daşından istifadə olunmuşdur. Tədqiqatçıların fikirlərinə görə kompleksin tikildiyi tarix VI-IX əsrlərə aid edilir.
 
 
 
 
 
 

Spread the love