Qoruğumuzun florasından

Keşikçidağ mağaralar kompleksinin olduqca zəngin florası var. Bu dəfə qoruğumuzun ərazisində bitən mərcanı meyvəsinin faydasından bəhs edəcəyik. Əsasən çay halında qəbul edilən bu meyvənin faydaları çoxdur.
– Digər adı quşüzümü olan bu giləmeyvənin şirəsindən həftədə 3 stəkan qəbul etmək damarların divarlarına yapışıb qalmış xolesterinin təmizlənməsinə kömək edir, hüceyrələrin yağları udma qabiliyyətini artırır və qanda zərərli xolesterinlərin toplanmasının qarşısını alır.
– Mərcanı bakteriyalara qarşı savaşır, ağzımızdakı bakteriyaların dişimizə yapışmasına qarşı çıxır və diş əti narahatlıqlarını aradan qaldırır.
– Xalq arasında quşüzümü tənəffüs orqanlarının müalicəsində istifadə olunur.
Aparılan tədqiqatlar sübut etmişdir ki, giləmeyvə antibiotiklərin təsirini bir neçə dəfə gücləndirməyə qadirdir.
– Gündə bir stəkan mərcanı şirəsi içmək sümükləri möhkəmləndirir.


Spread the love