Arxeoloq Əjdər Babazadə tərəfidən Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçilərinin iştirakı ilə seminarı

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı arxeoloq tərəfindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçilərin iştirakı ilə «Prehistorik – daş alət hazırlama texnologiyası və illustrasiyası” adlı elmi seminar keçirilmişdir. Seminar çərçivəsində qoruğun ərazisindən aşkarlanmış obsidian (dəvəgözü) və çaxmaqdaşından ibarət (xammal olan) əmək alətlərin nümunələrinin hazırlaması eksperimental arxeoloji çalışma həyata keçirilib. Gələcək zamanlarda belə elmi seminarların keçirilməsi arxeologiya elminin metod və texnikasının mənimsənilməsinə böyük töhfə verəcəkdir.

Spread the love