Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu həyata keçirdiyi layihə çərçivəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, qazi olmuş igidlərimizin yaxınlarına və özlərinə mənəvi dəstəyini göstərməyə davam edir. Belə ki, 11.03.2021-ci il tarixində qoruq əməkdaşları “Əfqanıstan Veteranları” İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyevin köməkliyi ilə Qarabağda tarix yazan qazilərimizin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə bölgəmizdə olan dünya əhəmiyyətli Damcılı və Koxa bulağında olmuşlar. Qoruq əməkdaşları Damcılı yaşayış düşərgəsinin Qafqazın ən qədim düşərgələrindən biri, bölgəmizin isə mədəni irsinin çox zəngin olduğunu qazilərimizin nəzərinə çatdırmışlar. Sonda çay süfrəsi arxasında onların müharibə xatirələrindən, keçdikləri şərəfli döyüş yolundan, müzəffər ordumuzun şanlı tarix yazmasından söhbət açılmışdır. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq hər zaman şanlı tarix yazanların yanında olaraq, onlara mənəvi dəstək göstərməyə hazır olduğumuz bildirilmiş, bu tədbir qazilərimizdə xoş təəssürat yaratmışdır.

Spread the love