Qoruğumuzun florasından...

GİLƏMEYVƏLƏRİN ŞAHI – İTBURNU.
Keşikçidağ mağaralar kompleksinin ərazisində bitən itburnu bitkisindən hələ qədim dövrlərdən bəri insanlar bir çox xəstəliklərin müalicəsi zamanı dərman vasitəsi kimi istifadə etmişlər. İtburnu bitkisinin 300 növü vardır ki, onun da Azərbaycanda 42 növünə rast gəlinir və bunların 36-sı yabanı halda bitir. Öz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları çoxdur. İtburnunun tərkibi vitaminlər, minerallar, maqnezium, kalsium, fosforla və s. zəngindir. İmmuniteti gücləndirir, sinir sistemini sakitləşdirir, qan təzyiqini aşağı salır, iltihabi proseslərin qarşısını alır, ürək-damar xəstəlikləri üçün faydalıdır, maddələr mübadiləsini normallaşdırır. Digər faydalı bitkilər kimi itburnundan da qədərində istifadə etmək lazımdır. İtburnu kolu 1,5 – 2,5 metr hündürlüyə qədər boy ata bilir. May-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında isə giləmeyvəyə çevrilir. İtburnu haqqında çoxlu əfsanələr və inanclar var. Deyilənlərə görə, Qədim Yunanıstanda sevgi Allahı Afroditanın qəbrini itburnu ilə bəzəmişlər. Bir çox alimlər itburnunun vətəninin İran və Himalay dağları olduğunu qeyd edirlər.

Spread the love