Qoruğumuzun nadir inсilərindən...

21 sentyabr. Son tunc dövründə “ Keşikçidağ” mağaralar kompleksinin ərazisində yaşayan qədim insanların təsərrüfat həyatında mühüm yer tutan gil məmulatları sırasında kiçik həcmli küplər çoxluq təşkil etmişdir. Bu kiçik ölçülü küp enli ağızlı, dopu tiplidir. Ağız hissəsi azacıq kənara qatlanmışdır. Geniş oturacaqlı, şar gövdəli, qısa boğaza malikdir. Tərkibi bişmiş gildən və narın qumdan hazırlanmışdır, açıq boz rəngdədir. Hündürlüyü 7.5 sm, gövdənin diametri 9 sm, ağız hissəsinin diametri 6 sm-dir. Bu kiçik həcmli küp Kurqanlar vadisindən aşkarlanmış və məişətdə ədviyyat təyinatlıdır.

Spread the love