Qoruğumuzun florasından.

Badam ağacı əsasən yabanı formada, dağlıq ərazilərdə bitir. Badamın 40-a qədər ağac və kolu məlumdur ki, bunun da 4 növü Azərbaycanda geniş yayılmışdır. Şirin və acı olmaqla badamın iki növü vardır. Keşikçidağ mağaralar kompleksinin ərazisi dağlıq olduğu üçün burada bitən bitkilərin arasında acı badam ağacı üstünlük təşkil edir. Buranın relyefi, iqlim şəraiti və bu ağacların susuzluğa daha davamlı olması imkan verir ki, qoruq ərazisində elmi kəşfiyyat işləri aparmaqla və mədəni təbəqəni qorumaqla badam bağlarının (yardımçı təsərrüfat) salınmasına şərait vardır. Bədən müqavimətinin artmasında, yaraların yaxşılaşmasında çox faydalıdır. Təzyiqi aşağı salır, şəkər xəstələrində riski azaldır. Qanda şəkərin səviyyəsini tənzimləyir. Fiziki və zehni yorğunluğa müsbət təsiri var. Acı badam öskürək kəsici təsirə malik olsa da, çox yeyiləndə zəhərlənməyə səbəb ola bilər.

Spread the love