Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu online konfransda

Dünyanı cənginə alan Coronavirus (COVİD19) pandemiyası bir çox qurum, idarə və müəssisələrin fəaliyyətinə ciddi şəkildə təsir etməsi səbəbi ilə bütün təşkilatlar online rejimdə işlərini davam etdirir. Bu səbəbdən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təbliği məqsədi ilə dünyada və ölkədə təşkil olunan yerli və xarici konfranslarda online iştirak edir. Qoruğumuz tərəfindən ölkəmizdə və xaricdə keçirilən beynəlxalq konfranslara mütəmadi olaraq tezis və məqalələr göndərilir. 04.04.2020-ci il tarixində online şəkildə Türkiyədən yayımlanan Anadolu zirvəsi 6. Beynəlxalq sosial elmlər konqresində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev “ Keşikçidağın təbii və süni mağaraları”adlı məruzəsi ilə çıxış etmişdir.

Spread the love