10 may Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümü.

10 may Ümummilli lider Heydər Əliyevin 96-cı il dönümü ilə əlaqədar olaraq “Keşikçidağda bir gün” layihəsi çərçivəsində Ağstafa şəhər A.Abdullayev adına 2 saylı tam orta məktəbin müəllim və şagird heyətinin “İlham Əliyev adına zirvə”yə, mağaralar kompleksinə ekskursiya və yürüşü təşkil edildi. Ekskursiyada iştirak edən şagirdlərə qoruğun ərazisində yerləşən mədəniyyət abidələrinin təsvirləri olan köynəklər, papaqlar, buklet və flayerlər paylanmış, tədbirdə iştirakçılara qoruğun əməkdaşları tərəfindən qoruq haqqında ətraflı məlumat verilmişdir. Qoruq ərazisində yerləşən tarixi və arxeoloji abidələr məktəblilərdə böyük maraq doğurmuşdur. Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrıldılar

Spread the love