Türkiyənin Antalya şəhərində “II Beynəlxalq Novruz Zirvəsi” adlı simpozium keçirilib

18-23 mart Türk dünyasının Novruz bayramını qeyd etdiyi bir ərəfədə Türk xalqlarını bir araya toplamaq, onların mədəniyyətini, mədəni irsini tanıtmaq və təbliğ etmək məqsədi ilə İKSAD tərəfindən Türkiyənin Antalya şəhərində 20-23 mart 2019-cu il tarixləri arasında “II Beynəlxalq Novruz Zirvəsi” adlı simpozium təşkil edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu simpoziuma qatılmaq üçün “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Azərbaycanda aşkar edilmiş ilk paleolit abidələri” adlı məqalə göndərilmişdir. Məqalə təşkilatçıların marağına səbəb olmuş və simpoziumun gündəliyinə salınaraq qoruğa dəvət məktubu göndərilmişdir.Simpozium iştirakçılarına Azərbaycanın qərb bölgəsində yerləşən tarixi abidələr haqqında məlumat verilmiş və slayd nümayiş etdirilmişdir.

Spread the love