“Ölkəmizi tanıyaq” layihəsi

18 mart Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyasının növbəti ünvanı Ağstafa rayonu olub. Tur iştirakçıları üçün “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Heydər Əliyev parkında ənənəvi pavilyonunu qurmuş, Novruz bayramı ərəfəsi olduğu üçün pavilyonumuz Novruz atributlari ilə zənginləşdirilmişdir. Əməkdaşlarımız tərəfindən iştirakçılara qoruğumuz haqqında ətraflı məlumat verilmiş, bukletlər, flayerlər, diyircəkli qələmlər və “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli filmin diskləri paylanılmışdır.

Spread the love