Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə Ağstafa rayon Heydər Əliyev mərkəzində “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsi keçirildi və gənc rəssamların çəkdikləri rəsmlər həmin sərgidə sərgiləndi.

10.05.2017.  “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu tanıtmaq məqsədilə qoruq ərazisinə mütəmadi olaraq ekskursiya və yürüşlər təşkil olunur. Bu ekskursiyalar zamanı Ağstafa rayonu ərzasində yerləşən bir neçə ortaməktəb və yaradıcılıq mərkəzlərinin istedadlı şagirdləri qoruqda olan tarix və mədəniyyət abidələrini ağ kağız üzərinə köçürərək əsrarəngiz rəsm əsərləri yaratmışlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə Ağstafa rayon Heydər Əliyev mərkəzində “Keşikçidağ gənc rəssamların fırçalarında” adlı rəsm müsabiqəsi keçirildi və gənc rəssamların çəkdikləri rəsmlər həmin sərgidə sərgiləndi. Qaliblər Ağstafa rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mükafatlandırıldı. Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə artıq ənənə halını almış “ağacəkmə” aksiyası Ağstafa rayonunda da keçirilmişdir. Bu aksiyada qoruq əməkdaşları iştirak etmişlər.

Spread the love