Artıq ənənə şəklini almış 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşəbbüsü ilə təşkil olunan ekskursiya və yürüşlərdə Ağstafa rayonu Həsənsu kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi.

27.04.2017.Artıq ənənə şəklini almış 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşəbbüsü ilə təşkil olunan ekskursiya və yürüşlərdə Ağstafa rayonu Həsənsu kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdi. 27 aprel tarixində “Keşikçidağı tanıyaq” adlı layihə çərçivəsində təşkil edilən yürüşdə iştirak edən şagirdlərə qoruq ərazisində yerləşən tarixi abidələr haqqında ətraflı məlumatlar verildi. Şagirdlər və müəllimlər mağaralardan 600 m-lik turist yolunu əllərində üçrəngli bayraqlarla qət edərək “İlham Əliyev adına zirvə”sində yürüşü sona çatdırdılar.

Spread the love