“Keşikçdağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş elmi-praktiki konfrans”

“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır. Lakin Sovetlər dönəmində həmin abidələri tədqiq etmək mümkün olmamışdır.. Ona görə ki, Sovetlər dönəmində, daha dəqiq desək 1948-ci ildən başlayaraq 90-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib. Zaman-zaman buralar baxımsız, yiyəsiz qalıb. Hərbi obyektdə nəinki elmi araşdırmalar aparmaq, adi gəzintiyə çıxmaq belə yasaq edilmişdir. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra hər şey dəyişdi. 2005 – ci il oktyabr ayının 12- də şimal-qərb regionlarında, Ağstafa rayonunun Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşən zastavaların açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Keşikçidağ mağaralar kompleksinin təkrarolunmaz relyefə, çoxsaylı arxeoloji abidələrlə zəngin olduğunu görmüş, ulu əcdadlarımızın sığınacaq yeri olan bu tarix və mədəniyyət abidələrinin qorunub saxlanmasını, mühafizəsini təmin etmək məqsədilə 19 dekabr 2007-ci il 2563saylı sərəncamı ilə Keşikçidağ mağaralar kompleksinin bir hissəsini Keşikçdağ” Dövlət tarix-mədəniyyət qoruğu elan etmişdir. . Qoruq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il 220 nömrəli əsasnaməsinə əsasən fəaliyyət göstərir. Özünəməxsus əzəmətli görünüşü ilə insanları valeh edən, qədim yurdun daş kitabəsi hesab edilən “Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük-Kəsik kəndindən 28 km şimal istiqamətində, Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşir.

“Keşikçdağ” Dövlət tarix-mədəniyyət qoruğu yaradıldığı gündən qoruğun ən əsas vəzifələrindən biri burada elmi tədqiqatların , arxeoloji qazıntı işlərinin aparılması olmuşdur. 2009-cu ildən başlayaraq qoruq ərazisində alimlər tərəfindən mütamadi tədqiqatlar aparılmış,və bu tədqiqatlar nəticəsində məlum olmuşdur ki, burada daş dövründən başlayaraq orta qədər çoxlu sayda tarix, memarlıq, arxeoloji, dini abidələr mövcuddur. Bu işlər son iki ildə daha geniş vüsət almış, qoruq haqqında 50-ə yaxın yerli və beynəlxalq konfranslarda elmi məruzələrimiz dinlənilmiş, çap edilmişdir.

16-17 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşəbbüsü və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı işləri aparmış alimlərin iştirakı ilə “Keşikçdağ” Dövlət tarix-mədəniyyət qoruğunda aparılmış elmi tədqiqatların 10 illiyinə həsr olunmuş elmi-praktiki konfrans” həyəta keçiriləcəkdir.

Spread the love