Tarix fakültəsində elmi seminar keçirilib.

Son dövrlər dünyada və ölkəmizdə geniş yayılmış yeni növ Koronavirus (COVID-19) pandemiyasının mədəniyyət sahəsindən də yan keçmədiyi məlumdur. Bu səbəbdən xeyli müddətdir ki, bütün seminarlar, konfranslar və s. digər tədbirlər onlayn şəkildə həyəta keçirilir.

Buna müvafiq olaraq, Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da qoruq ərazisində yerləşən abidələrin təbliği məqsədilə ölkə daxilində və dünyanın bir çox ölkələrində (Türkiyə, Livan, Fransa, Macarıstanda və s.) onlayn şəkildə keçirilən beynəlxalq konfrasnlarda iştirak etmişdir.

Belə silsilə tədbirlərdən biri də Azərbaycanın ilk ali elm ocağı olan Bakı Dövlət Universitetinin (BDU) qoruğumuz ilə uzun müddətli elmi əməkdaşlığının nəticəsi olaraq 2020-ci ilin 18 dekabr tarixində Tarix fakültəsi tərəfindən “Keşikçidağ (Qatardağ) silsiləsində orta əsrlər dövrünə aid xristian mağara-məbəd abidələri” mövzusunda onlayn elmi seminar keçirilmişdir. Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova karantin döründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədlərindən bəhs edərək, fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların, aspriantların Keşikçidağ mağaralar kompleksindəki tədqiqatlara cəlb olunması və elmi fəaliyyətinin stimullaşdırılmasından bəhs etmişdir. Seminarda bir çox çıxışlar dinlənilmiş, sonda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yarandığı ilk gündən bu ərazilərdə uzun müddətli elmi tədqiqatlar aparmış Bakı Dövlət Universitetinin dosenti, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı Yunis Nəsibov “Keşikçidağ (Qatardağ) silsiləsində orta əsrlər dövrünə aid xristian mağara-məbəd abidələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə qoruğun yerləşdiyi ərazisidə insanların yaşayışının daş dövrünə aid edildiyini, Qafqaz Albaniyasının yadigarı hesab edilən, Kambisena vilayətinin torpaqlarında yerləşən Keşikçidağ mağaralar kompleksinin tarixi , abidələri haqqında ətraflı məlumat vermişdir.

“Microsovt Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələrlə yadda qalmışdır.

Spread the love