Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməl..."/>          Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməl..."/>          Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməl..."/>

Keşikçidağ silsiləsi ətrafı qədim abidələr haqqında məlumat

         Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməli heyvanların qalıqları aşkar edilmişdir (D.V.Hacıyev). Maraqlıdır ki, kompleks tərkibində üç növ (Mastadont, cənub və qədim), fil, zürafə, hipparion, (üç dırnaqlı at), qədim  öküz, dəvə quşu və s. yanaşı ali  insanabənzər meymuna aid daş  qalıqları  da  əldə olunmuşdur.

Məşhur paleoantropoloqlar (Birçard Abramoviç, Qaboşvilin, Binak, Rodiski , Yakimov , R. Qasımova ) bu ali meymunun 5diş qalığının öyrənərək  onu Udabnopitek (“driopitek”) adlandırılmışlar.Məhz  bu nadir diş qalıqlarına görə Qafqazı məxsusəndə  Azərbaycanı ilk  insanın  yaranma zonasına daxil  etmişdir. Burada Afrika  təbiətli landşaft qurşaqları, su hövzələri mövcud olmuşdur. Çox sonralar isə IV geoloji dövrün erkən çağlarında eoplen-stosen (Villatrank) mərhələsində (Ələşrəf Məmmədov, Müseyib Müseyibli, Naib Şirinov) güclü yer qabarmaları, dağ əmələgəlmə prosesləri təsirindən kəskin təbiət dəyişmələri baş verdikdə zəngin flora və fauna aləmi köklü dəyişmələrə uğramışdı.
Bu zonada ilk yaşayış izləri IV dövrün ortalarında (450 minillərdə) başladığı tədqiqatlarla (V.P.Lyuvin, M.Hüseynov, M.Mənsurov) müəyyənləşdirilmişdi. Burada qaynar həyat 150-130 min il əvvələdək davam etmişdir. Qaradüz, Karvan dərə, Qüdrət bulağı, Acı dərə, qədim Daş dövrü düşərgələri, əmək alətlərinin təhlili bunları deyir.
Növbəti dəfə Qatardağ (Keşikçidağ) silsiləsi ətrafında yaşayış-mədəniyyət izlərinə IV-V əsrlərdən rast gəlinir. Əvvəlcə bütpərəstlər – aya, günəşə, müxtəlif heyvanlara inam gətirənlər – öz dini baxışlarını saxlamaq və hücumlardan qorunmaq üçün bu dağlara çəklilib həyat sürmüşlər. Bundan sonra atəşpərəst zərdüştlər dini etiqadlarını davam etdirməkdən ötrü tərki dünya olmuş, özlərinin çapıb düzəltdiyi qayaaltı sığınacaqlarda-mağaralarda yaşamışlar. (F.Muradova, F.Məmmədova).
Artıq IV əsrdən Albaniyada xristianlıq qəbul edildikdən sonra mağara-monastırlarda həyat yenidən canlanmışdı. (Z.Bünyadov)
Lakin, sonrakı dövrlərdə bütpərəstliyə, eləcə də atəşpərəstlərə məxsus rəmzlər, simvol, nişanə və əlamətlər sındırılıb, qırılıb, kürünmüşdür.
Qatardağ (Keşikçidağ) silsiləsindəki, Keşikqala və alban məbədləri V-VI əsrlərdə inşa olunmuşdur. (S.Vaxuşti, Y.Nəsibli). Qatardağ silsiləsinin şimalda quzeyə baxan tirə və düzənliklərində qədim Böyük Azərbaycanın Kambisena vilayəti ərazisində albanların təsərrüfat sahələri, metal və kərpic kürələri mövcud olmuşdur. Məbəd və kilsə kahinlərinə ianələr gəlmiş, onların çoxlu sayda işçi qüvvəsi iqtisadiyyatda fəaliyyət göstərmişdir (R.Göyüşov). Burada Borçalı çökəyi-Başkeçitdən, ortaçala-Soqanlıqdan, Qara təpədən, Qaraçöp (Saqariço) və Sığnaqdan… ziyarətə gəlirlərmiş.
Gürcülər ərazidə uzun müddət gizli planla işləmişdilər. Mağara-monastırlarda təmir aparmışlar. Alban məbədi və Keşikqalada qazıntılar aparmış, maddi qalıqları, mağara-monastırlardakı müqəddəs qəbirləri açıb skeletin baş-kəllə hissəsini, buradakı əşyaları mənimsəmişlər. Təcili olaraq kompleksdə tədqiqat işləri aparmaq zərurəti ortaya çıxmışdır. Əks təqdirdə onlar arxeoloji və antropoloji qalıqları özününküləşdirib bir neçə dildə çap edərək xristian aləminə car çəkməklə sərhəd mübahisəsi qaldıracaqlar. Nəticədə Ceyrançöl torpaqları, Qarayazı meşəsi, qışlaqlar əlimizdən çıxacaqdır.
Mənbələrdə qeyd edildiyi kimi Qədim Qafqaz Albaniyası ərazisində bir sıra müqəddəs ocaqlar, məbəd mərkəzləri olmuşdur. Albaniyada xristianlıq dövründə 8 yepiskopluq fəaliyyətdə olmuşdur. Xilafətin işğalından sonra Albaniyada onlardan 5-i qalmışdır ki, onlar da yalnız ucqar vilayətlərdə dağlıq, meşəlik ərazilərdə saxlanmışdır. Xristianlığın güclü qollarından 3 Şimali-Qərbi Azərbaycanın Şəki-Balakən, Qazax-Dilican nahiyələrində mövcud olmuşdur.
Son illərdə  Ceyrançöl ərazisinin Qatar dağ silsiləsində neotektonik proseslər nəticəsində üzə çıxmış sıldırım qaya zolağının altında təbii və süni yolla əmələ gəlmiş mağara kompleksi qeydə alınmışdır. (şəkil 1) Beləki 1990-cı illərin başlanğıcınadək mağaralar olan ərazi qapalı hərbi təlim bazası olduğundan qismən öyrənilmişdir. 2000-ci ildən bəri Gürcüstan dövlətinin xarici işlər nazirliyi Kür çayının sol sahilində Ceyrançölün Qatar dağ silsiləsinin cənub yamaclarındakı mağara kompleksinin onlara məxsusluğu barədə notalar vermişlər. Halbuki IV əsrdən albanların Kambisena vilayətində xristianlığı qəbul etmişdilər.
Bu süni mağaralarda ərəb istilasından sonra xüsusəndə ərəb istilasından sonra xüsusəndə XII əsrdən indiyədək gürcülər gizli surətdə xristian-pravoslav mövzularında çapma otaqların divar və tavanları boyu rəngli şəkillər çəkmişlər. Ceyrançöl mağaralarındakı rəsmlərin tarixi dövrlərə aid qatları vardı. Lakin islama qədərki xristian albanların bədii, dini və estetik duyumundan qalmış səhnələr yonulub, qırılıb atılmışdır.
Qatar silsiləsində dağ qılıcları üstü zirvələrdə qədim albanlar qalalar, müşahidə qüllələri, məbədlər, yardımçı tikililər yaradıb getmişlər. Kambisinada Sığnak kimi güclü daş işləmə ocağı vardı (2).
Belə qalalardan biri Qatar dağının Kəmərqaya məntəqəsi üstündə çılpaq dik qayalıq üzərində ucalır. Qala planda düzbucaqlı olub 3 mərtəbəlidir. Divarları yerli daşdan, mərtəbələr arası düzbucaq biçimli qırmızı kərpicdən hörülmüşdür. Qalanın tikintisində birləşdirici məhlul kimi əhəngdən istifadə olunmuşdur.
Belə quruluş və yaruslu qala – müşahidə məntəqələri, keşik qüllələri Azərbaycanın bir sıra dağətəyi qurşaqlarında indidə qalmaqdadır. Bu baxımdan Çıraqqala, Əskipara qülləsi, Keşik qala abidələri daha bariz nümunələr kimi diqqət çəkir. Hər üç qalada müşahidə qurğusunda nəzarət və döyüş gözlükləri mütləq şimal və cənub səmtlərdə yerləşirlər. Bu məqsədi güdən qüllələrdən biri də Eldar bölgəsinin Ellər oyuğu dağının zirvəsində qərar tutmuşdur
Gözətçi məntəqələrin hələ yetkin Tunc dövründə Qazaxın Musaköy kəndi yaxınlığında ucalan Boçqa təpə (Didəban), Ağstafa ərazisində Gələmçə və Gülül dağlarında ucaldığını görürük. Meqalitik müdafiə divarları sistemində dörd bucaqlı bürclərdə nəzərə çarpır.
Qatar silsiləsi ətrafında müqəddəs yerlər də vardır. Bunlardan Adəm bağını, Karvan dərədəki Piri, Qüdrət bulağını, kaşı nümunələri tapılan tikili yerlərini qeyd etmək olar. Təbii çığınaxaqların qabağında müqəddəs ağaclar indidə bitirlər. Sitayiş yerləri sahəsində gur həyat izləri indidə müşahidə olunur. Qaltan dağ zolağında sitayiş obyektləri daha geniş ərazidə yayılmışdır. Ceyrançölün Qatar dağı zolağında qeydə alınan alban məbədləri (Saloğlu dağı üzərində) xaricdən düzbucaq, daxildə oval-dairəvi quruluşdadı. Burada da müşahidə pəncərələri cənub və şimal istiqamətində açılır.
Belə ki, məbəd tikilən ərazinin qərb və şərq səmtləri dağ qılıcı, şimal-cənub tərəfləri sıldırım qayalıqdı. Ona görə də  müşahidə-döyüş pəncərələri uçurum yanlara baxır. Bu pəncərələr döşəmə səviyyəsindən  2,5-3 m. hündürdə yerləşirlər. Belə gözcüklərin 3-ü əsas hücum gözlənilən və xariclə əlaqələrə baxan ərazilərə nəzarət etdiyindən – şimal üzdədir. Gözcüyün biri cənuba baxır. Bu üz daha sərt yamaclı qayalıqdır. Ola bilsin ki, bu üz həm Vətənə baxırdı, həm də məbədlərə hücum üçün az təhlükəli idi.
Məbədin qərb və şərq divarlarını bayır üzü tağ şəklində dayaq hörgü kimi görünür. Bu həm möhkəmlik, həm də tikiliyə incəlik məqsədi güdmüşdür.
Məbədin giriş qapısı şərq üzün cənub küncündədir. Qapının eni 80 sm, hündürlüyü 1,5 m olub tağbənd qurtarır. Girişin yanları və kandarı sal daşla qurulub. Ümumi hündürlüyü 4m-ə yaxındır. Tavanı kümbəzvari hörgü ilə örtülmüşdür.
Maraqlıdır ki, bu məbədin təxminən 120 m şərqində tağbənd örtüklü kiçik tikili vardır. Bu yardımçı tikilinin ölçüləri düzbucaqlı, şimal yanı yarım dairə, cənub divarı düz biçimlidi. Tikili də şimal-cənub istiqamətlidir. Uzunluğu 2m, eni və hündürlüyü 1,5m-dir. Onun da şımala tək gözlüyü, cənubdan girişi olmuşdu.
Eynən belə yardımçı tikili Avey dağının zirvəsində yerləşən qədim alban məbədinin şimal-şərqindədir. Bu alban məbədi qədim məbədin özülü üzərində tikilmişdir. Amma yenidən tikiləndə tamam başqa rəngli, ölçülü süxurlardan ibarət daşlardan tikilmişdir.
Avey dağ alban məbədi son dəfə 1838-ci ildə təmir olunmuşdu. Məbədin qapısı üstündə qırmızı tuf daşından yazılı lövhə olmuşdu. Bu daş 1990-cı illərə qədər öz yerindəydi. Lakin son bir neçə ildə məbədin və yardımçı tikilinin şərq divarları (erməni hərbi gözətçi məntəqəsindən təhlükəsiz tərəfləri) sökülür. Belə vəziyyəti biz 2004-cü ilin 16 yanvarında axşam üstü müşahidə etmişik. Məbədin 4-5 m cənub-şərqində də sitayiş və yaşayış rolu oynamış bir çox mağaralar mövcuddur.
Yuxarıda qeyd etdiyimiz kimi Ceyrançöl Qatar silsiləsində aşkar edilən təbii və süni mağaralarda düzəldilmiş məbədlərdə ilk mədəni və mənəvi laylar məhv edilmişdir. Bu proses ərəb hücumlarından sonra islamın yayılması dövründə genişlənmişdi. Məlum olduğu kimi Qarabağdakı Partav yepiskopluğu Qazaxa köçürülmüşdü. Belə ki, Aran, düzən vilayətlərdə islam dini yayılmış, dağlıq və ucqar vilayətlərdə xristianlıq hələ də qalmaqda idi. Ceyrançöldə Albaniyanın Kambisena vilayəti gürcü pravoslav təsiri altına düşdüyündən və dini mərkəz Tiflisdə yerləşdiyindən B.Qafqaz silsiləsi qaya altı mağara məbədləri pravoslav təriqəti təsir dairəsində fəaliyyət göstərmişdir. Dağ silsilələrində Albaniya – indiki Azərbaycan ərazisində Saloğlu və Poylu kəndləri bərabərində iki böyük qaya zolağı altında 100-ə qədər mağara qeydə alınmışdır. Mağaraların bəziləri  təbii yolla-aşınma, ovulmadan yaranmışdır. Əksər hissəsi çapılma yolu ilə əmələ gəlmişdir. İstər Saloğlu – istər və də Qüdrət bulağı üstündə yaradılmış bu otlaqlar hündür qayalığın yuxarı layında əmələ gəlmişdir. Hər iki dağda yaradılmış boşluqlar azı üç yarusda, qatda müşahidə edilir. Bir neçə yerdə otaqlar bir-birinin arxasında, iç-içə, birindən digərinə keçən quruluşdadır. Dağətəyi qayaların altında çapılmış otaqlar bəzən 3-4m hündürdə olub, divarları və tavanı əhənglə suvanmış, sonra onun üstə rəngli şəkillər çəkilmişdir.
Hər mağarada dini ayinlər keçirmək və ilahiyət dərsləri keçirmək üçün xüsusi otaqlar – zallar düzəlmişdi. Bu salonlarda  tağlar, yonma-bütöv  sütunlar, rəflər, buxarılar, hücrələr düzədilmişdir. Böyük obyektlərdə qaya boyu yağış və qar suları üçün zolaq-novlar qaya dibində isə otaqların döşəməsi səviyyəsində saxsı tünglə əhənglə suvayaraq zalların qərb kəlləsində  dərində çapılmış su anbarları, dibi, yanları görünməyən qaranlıq su hovuzları müşahidə olunur. Hətta Saloğlu dağı altında şimala gedən tunel də görünür. Bunlarla belə tək-tək və bir neçə nəfərin yaşaması üçün müxtəlif ölçülü otaqlar da vardır. Ola bilsin ki, yaruslara pilləkənlərə qalxırdılar.
Elmi ədəbiyyatda Böyük və Kiçik Qafqazın dağətəyi zolağında süni və təbii mağaralarda tərkidünya insanların – rahib və rahibələrin yaşadığı göstərilir. Belə mağaralara axın müxtəlif dövrlərdə daha çox olmuşdu. Arxeoloji materiallar göstərir ki, massovu- gur  yaşayış XII-XII əsrlərdən  XVI-XVII  əsrlərədək davam etmişdi. Nəhayət monax  həyatına  Şah İsmayıl, Nadir şah son qoymuşlar .
Qaraçöp, Qardaban ərazisində, Ceyrançöldə ilk orta əsrlərdə bir neçə monastır tikilmişdir. Amma XII əsrdən  qıpçaqların  bura  köçürülməsindən  sonra Şərqi Gürcüstan ərazisində yaşayış canlanır. Ümumiyyətlə Cənubi, Şərqi Gürcüstanda ta qədimdən indiyədək gürcü mənşəli toponim, hidronim, oronim, şəhər, yaşayış yerinə rast gəlinmir. Çünki, Dərbənddən Zəncana, Gilana, Tiflisə və İrəvana, Göyçə mahalınadək ərazilər Azərbaycana məxsus idi (6).
1914-cü ildə Moskvada nəşr olunmuş Gürcü ziyalısı Sareviç Vaxuştinin “Georrafi Qruzi” kitabında Keşikçidağ silsiləsində yerləşən abidələrdən danışılarkən “storojnaya krepost- Keşikçiqala” ifadəsi işlənilmişdir. Elə Keşikçiqala ifadəsinin anlayışından görünürkü gürcü dilində nə keşikçi nədə qala sözü yoxdur. Bunlarla yanaşı gürcülərin  Keşikçidağ silsiləsində yerləşən nə məbədlərə nə qalalara nədə monastırlara iddiaları əsassızdır. Çünki Gürcüstanın şərq bölgəsində gürcü mənşəli nə yaşayış yeri nə dağ çay adı olmamışdır. Keşikçidağdan şimalda yerləşən Sığnak() Qurcani, Qaratəpə, Soğanlıq, Ortaçala, Naftluq çoğrafi adlar hamısı türk-azərbaycan mənşəlidir. Ona görədə birdə qeyd etmək istəyirik gürcülərin bu ərazidə nə yaşayış yerləri nə şəhər tikili qalıqları nə ibədahgahları nədə qalaları olmamışdır.
Ona görə də  Gürcüstanın iddiasına əsaslı, köklü cavab üçün Ceyrançöl ərazisində tarixən indiki Ermənistan və Gürcüstan torpaqlarını əhatə edən Qədim Böyük  Azərbaycan abidələrində  qədim coğrafi, arxeoloji, etnoqrafik, incəsənət, memarlıq və xristian elm sahələrinə dair mütəxəssislərin birgə planlı dərin tədqiqatı getməlidi. Həm də bu problemin gedişi təmiz əllərdə olmaqla Dövlət strukturları nəzarəti altında olmalıdı.
Xristian abidələrinə biganə münasibət Ceyrançöl və Avey dağında olan abidələrə görə qonşu respublikaların ərazi iddiasına tutacaq verir. Bunun üçün də islamdan əvvəl xristian dininə qulluq edib abidələr yaratdığımızı xalqa təbliğ üçün  Ağstafa və Qazax rayon rəhbərləri müvafiq şöbələrinin, müəssisə rəhbərlərinin, məktəb direktorlarının, yerli icra nümayəndələrinin, tarix və təbiət müəllimlərinin, eləcə də Respublika MEA çoxsahəli mütəxəssislərinin iştirakı ilə elmi konfrans keçirilməlidir. Buraya ərazi deputatları, qəzet, televiziya işçiləri, sərhəd hərbi dəstə rəhbərləri də cəlb olunmalıdı.
Şimal-Qərbi Alban (Azərbaycan) məbədlərində və qəbir abidələrində daş üzərində oyma üsulu ilə qabardılmış bərabər qanadlı xalçalar və hörmə üslubu ilə verilmiş bir neçə cərgə sünbülü naxışlar bu zonanın qədim alban dövrü abidələrində bir-birini tamamlayır.
Yuxarıda gətirilən paralellər Qərbi Azərbaycanın bu aypara zolağında oxşar  mədəni layın mövcudluğunu sübut edir.
Ədəbiyyat:
1.    Azərbaycan tarixi. Bakı, 1994, səh.207
2.   Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993.
3.    F.M.Muradova. Avey dağında alban xristian məbədi. Akad. İ.Əliyevin 80 illiyinə illiyinə həsr olunmuş Elmi Konfransın materialları. Bakı, 2004.

  1. Azərbaycan tarixi. Bakı, 1994.

AMEA-nın Arxeoloji və Etnoqrafiyaİns titunun
aparıcı e.i.,t.e.n.,Paleolit arxeoloji ekspedisiyası
Ceyrançöl dəstəsinin rəhbəri    –  Mənsur Məhəmməd oğlu Mənsurov

Spread the love