Home

Ağstafa rayonunun hər bölgəsində qədim insanların yaşayışını, mədəniyyətini təsdiq edən abidələr, yaşayış məskənləri, sığınacaqlar var. Ancaq rayon ərazisində yenə də tarixçilərin, tədqiqatçıların araşdırmalarına ehtiyac duyulan, sirlərlə dolu olan,  tarixi hələ də özündə saxlayan ulu əcdadlarımızın sığınacaq  yerləri və uzun əsrlər boyu  davamlı yaşayış məskənlərimiz var.Bu qədim yaşayış məskənlərində tariximizin qədim izləri, həmin ərazidə yaşayan, sığınacaq tapan insanların yaşayış tərzi, inancları, maddi-mədəni abidələrdə öz əksini tapmışdır.Belə sirli, dərin araşdırmaya ehtiyac duyulan yaşayış məskənlərindən biri də rayonun ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksidir.