YUNESKO-nun xətti ilə tarixi abidələrin qorunması məqsədilə dünya əhəmiyyətli bir çox konfranslar keçirilməkdədir. Bunlardan biri də Ukraynanın Kiyev şəhərində keçirilən “Mədəni İrsin qorunması konstektində muzeylərin bərpası, müasir dövrün aktual çağrışları” adlı beynəlxalq elmi-praktik konfrans olmuşdur.

9-10 iyun 2016 cı il  tarixlərində YUNESKO-nun xətti ilə tarixi abidələrin qorunması məqsədilə dünya əhəmiyyətli bir çox konfranslar keçirilməkdədir. Bunlardan biri də Ukraynanın Kiyev şəhərində keçirilən “Mədəni İrsin qorunması konstektində muzeylərin bərpası, müasir dövrün aktual çağrışları” adlı beynəlxalq elmi-praktik konfrans olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğunun direktoru Mursaquliyev Musa və qoruğun böyük elmi işçisi Nəsibov Yunis “Mədəni İrsin qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri” (“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun örnəyi üzrə) adlı məqalə ilə həmin konfransda iştirak etmişlər. Bu konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən və Qafqaz Albaniyasına məxsus tarixi abidələrin gələcəkdə YUNESKO-nun qeyri-mədəni irs siyahısına salınması əsas müzakirə mövzularından biri olmuşdur. Qoruq ərazisindəki abidələrin istər xristianlıq, istər atəşpərəstlik, istərsə də islam dini ilə bağlı olması və özündə tolerantlığı əks etdirməsi konfrans iştirakçılarında ölkəmizə və tarixi abidələrimizə böyük maraq yaratmışdır.

Spread the love