Qurtuluş günü münasibəti ilə Ağstafa rayon ”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və Ağstafa rayon Təhsil şöbəsinin dəstəyi ilə məktəblərdə şagirdlər arası “Tarix və mədəniyyət abidələrimiz gənc nəslin gözü ilə” adlı rəsm müsabiqəsi keçirildi.

15 iyun 2014cü ildə Qurtuluş günü münasibəti ilə Ağstafa rayon ”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və  Ağstafa rayon Təhsil şöbəsinin dəstəyi ilə məktəblərdə şagirdlər arası  “Tarix və mədəniyyət abidələrimiz gənc nəslin gözü ilə”  adlı rəsm müsabiqəsi keçirildi. Heydər Əliyev mərkəzində  təşkil olunmuş sərgidə rayon və kənd məktəblərinin şagirdləri iştirak etdilər. Şagirdlərə rayon  Təhsil şöbəsinin diplomu və “Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun sertifikatı verildi.