Qoruğun rəhbərliyinin müraciəti əsasında qoruq ərazisində aşkarlanmış kurqanlarda arxeoloji qazıntılar aparılması üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, fəlsəfə elmlər doktoru Nəcəf Müseyibli və fəlsəfə elmlər doktoru Anar Ağalarzadə qoruq ərazisində olmuşlar.

2011-ci il iyun ayında Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun əməkdaşları tərəfindən qoruq ərazisində yeni qədim yaşayış məskənləri, sığınacaqlar, ehtiyat su quyuları, ərzaq anbarları, onlarla kurqanlar aşkarlanaraq  mühafizəyə götrülmüşdür. Həmin kəşflər daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilmişdir. Qoruğun rəhbərliyinin  müraciəti əsasında qoruq ərazisində aşkarlanmış kurqanlarda arxeoloji qazıntılar aparılması üçün  AMEA-nın  Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, fəlsəfə elmlər doktoru  Nəcəf Müseyibli və fəlsəfə elmlər doktoru  Anar Ağalarzadə qoruq ərazisində olmuşlar. Arxeoloji qazınılar nəticəsində kəşfiyyat məqsədilə kurqanlardan biri qoruq əməkdaşlarının iştirakı ilə açılmış, arxeoloji qazıntılar nəticəsində yaşı 3 min ildən artıq olan son tunc, erkən dəmir dövrünə  aid su  bardağı,  küpələr və digər maddi mədəniyyət nümunələri götürülərək Qoruğun fonduna  verilmişdir.

Spread the love