“Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğuna“Açıq Qapı” günündə məktəblilərin ekskursiyası təşkil edilmişdir.

2011-ci il 18 apreldə  “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin rəhbərliyi ilə“Açıq Qapı” günü elan edilmiş və qoruq ərazisinə məktəblilərin ekskursiyası təşkil edilmişdir. Ekskursiya zamanı  qoruğun bələdçiləri tərəfindən məktəblilərə qoruq haqqında ətraflı məlumat verilmişdir.