AMEA-nın Arxeologiya və Etnoqrafiya Institutunun aparıcı elmi işçisi, Daş dövrü üzrə tarix elmləri doktoru, Mansur Mansurov elmi tədqiqat işlərinin aparılması üçün qoruq ərazisində olmuşdur.

2008-ci il may ayında Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbəri Musa Mursaquliyevin  təşəbbüsü ilə AMEA-nın Arxeologiya  və  Etnoqrafiya  Institutunun aparıcı elmi işçisi, Daş dövrü üzrə tarix elmləri doktoru, Qazax rayonu üzrə ekspedisiya rəisi Mansur Mansurov elmi tədqiqat işlərinin aparılması üçün kəşfiyyat məqsədilə qoruqda olmuşdur.