Onlayn vebinar

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə qoruqlarda onlayn vebinarların keçirilməsinə start verilmişdir. Bu layihə əsasında 22.10.2021-ci il tarixində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğunun Böyük elmi işçisi Mələknisə Mehdiyeva “Alban memarlığının incilərindən olan Keşikçidağ mağaraları” adlı onlayn vebinar təşkil etmişdir. Vebinarda qoruğun elmi işçiləri ilə yanaşı qonaq qismində sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev çıxış edərək Keşikçidağ mağaralar kompleksində apardığı elmi araşdırmalarından (mağaralarda olan freskaların dərindən öyrənilməsi) ətraflı məlumat vermiş və digər qoruqların elmi işçilərinin ünvanladığı sualları cavablandırmışdır.