Rusiyalı alimlər

Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi Ceyrançöl ərazisində olan Rusiyalı alimlər qoruqda bir neçə dəfə kəşfiyyat xarakterli tədqiqatlar aparmışlar. Belə ki, həm Qazax, həm də Ceyrançöl istiqamətinə növbəti dəfə baxış keçirdikdən sonra “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında Rusiya Federasiyanın Sankt Peterburq vilayətində yerləşən Rusiya Elmlər Akademiyasının Maddi mədəniyyət tarixi İnstitutunun tarix elmləri namizədi Oçerednoy Aleksandr Konstantinoviç, tarix elmləri doktoru Sergey Aleksandroviç Kulakov, Novosibirski şəhərində yerləşən Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutunun tarix elmləri doktoru Anoikin Anton Aleksandroviç, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov və sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyevin birgə iştirakı ilə görüş keçirilmişdir. Görüşdə qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıntılar və tədqiqatlar haqqında geniş müzakirələr aparılmışdır. Onları Ceyrançöl ərazisinə cəlb edən əsas hədəflərdən biridə Ceyrançölün Mingəçevir və Dumanisi arealında yerləşdiyini nəzərə alaraq burada yaşayış düşərgələrinin olmasıdır. Bu səbəbdən qoruq ərazisində yerləşən yaşayış düşərgələrində axtarışların aparılması qarşıya əsas hədəf olaraq qoyulmuşdur. Ərazidə qısa müddətli tədqiqatlar aparılmasına baxmayaraq 2022-ci ildə Azərbaycan, Türkiyə və Rusiyanın tanınmış daş dövrü üzrə mütəxəssislərinin bu əraziyə cəlb olunması, birgə tədqiqatların aparılması qarşıya məqsəd qoyulmuş və gələcəkdə birgə əməkdaşlıq barədə razılığa gəlinmişdir.