Qoruğumuzun florasından

Keşikçidağ mağaralar kompleksinin zəngin florasına daxil olan, min bir dərdin dərmanı hesab edilən çaşır bitkisindən danışacağıq. Bir çox xəstəliklərə yaxşı təsir etdiyi bildirilən çaşır yaşlı nəsil tərəfindən çox sevilir. Çaşır bitkisinin cox gözəl iştahaçıcı xüsusiyyəti vardır. Şəkər xəstələri üçün bu bitkinin suyu, kökü və gövdəsi çox faydalıdır. Çaşır otunun faydaları saymaqla qurtarmaz. Çaşır metobalizmanı sürətləndirir, bağırsaqları işlədir. Ən əhəmiyyətlisi də bədənin şəkər metobalizmində mühüm rol oynayır. Şəkər səviyyəsinin tarazlığını qoruyur. Həmçinin ürək əzələlərini möhkəmləndirdiyi və qəlb ətrafındakı damarlarda daralma, ya da zəifləməyinin qarşısını aldığı müəyyən olunub.Əsasən yaz aylarında yetişən bu bitkinin təzə zoğlarını istifadə edirlər.Çaşırın xərçəng və şişlər əleyhinə, antibakteriyal təsirinin varlığıda müəyyən edilib.

Spread the love