Arxeoloji qazıntılarımızın unikal nəticələrindən

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə 5-22 iyun 2021-ci il tarixlərində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi “adlı layihə həyəta keçirilmişdir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun rəhbərliyi altında Keşikçidağ Kurqanlar vadisində, Sarıyoxuş dərəsi 1 və 2 saylı daş örtüklü kurqanlarda elmi arxeoloji – tədqiqatlar və qazıntı işləri aparılmışdır. Bu qazıntılardan aşkarlanmış maddi-mədəniyyət nümunələri öz zənginliyi və müxtəlifliyi ilə xüsusilə seçilir.
Keşikçidağ kurqanlar vadisinin Sarıyoxuş dərəsi 1 saylı kurqandan, Xocalı-Gədəbəy mədəniyyətinin erkən mərhələsinə aid obsidiandan ibarət çoxlu sayda ox ucluqları aşkarlanmışdır. Bu ox ucluğu obsidiandan hazırlanmış kəsici – deşici alətdir. Ön hissəsi üçbucaq, yuxarı hissəsi oval formadadır.

Spread the love