"Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi"

“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə çərçivəsində qoruq ərazisinə təşkil edilən turun bu dəfəki qonaqları Ağstafa Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Tarix Diyarşünaslıq evinin kollektivi oldu. Qonaqlar ilk öncə qazıntılar zamanı aşkarlanmış kurqan tipli qəbirlərlə və maddi-mədəniyyət nümunələri ilə tanış oldular. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov tapıntılar haqqında ətraflı məlumat vermiş və sualları cavablandırmışdır.
Sonda qonaqlara kəklik otu ilə çay süfrəsi təşkil edilmiş və xatirə şəkli çəkdirilmişdir.