Azərbaycan arxeologiyasında iz qoyacaq artefaktlarımız

Qara cilalı, orta ölçülü bu küp “Keşikçidağda elmi- arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə çərçivəsində Keşikçidağ kurqanlar vadisindən, Sarıyoxuş dərəsi 2 saylı kurqandan aşkarlanmışdır. Dar oturacaqlıdır, ağız hissəsi kənara qatlanmışdır, qısa boğaza malikdir. Boğazından gövdəsinə qədər şaquli və üfüqi cizgilər işlənmiş, gövdə hissəsində isə iki düz xətt çəkilmişdir. Hündürlüyü 31sm, gövdəsinin diametri 29sm, ağız hissəsinin diametri isə 13sm-dir. Xocalı-Gədəbəy mədəniyyətinə aid edilən bu maddi-mədəniyyət nümunəsi tapılarkən tam fraqmentləşmiş halda olub, indi isə bərpa edilərək qoruğun fonduna daxil edilmişdir.

Spread the love