“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi”

“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihə çərçivəsində qoruq ərazisinə təşkil edilən turun növbəti qonaqları Qarabağda şanlı tarix yazan, zəfər bayrağını bu torpaqlara sancan qazilərimiz oldu. Ənənəvi olaraq qonaqlar ilk öncə qazıntılar zamanı aşkarlanmış kurqan tipli qəbirlərlə və maddi-mədəniyyət nümunələri ilə tanış oldular. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımov adəti üzrə tapıntılar haqqında ətraflı məlumat verdi və sualları cavablandırdı.

Sonda qazilərimizə kəklikotu ilə çay süfrəsi təşkil olunmuş və xatirə şəkli çəkilmişdir.

Spread the love