Bu məsuliyyətli yolda hər bir gəncimizə uğurlar arzu edirik

Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən ali məktəblərə qəbul imtahanında gələcəyimiz olan abituriyentlər iştirak edir, bu məsuliyyətli yolda hər bir gəncimizə uğurlar arzu edirik.
Bu imtahanlarda yüksək nəticə göstərmiş gənclərimizdən biri də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən, “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi” adlı layihəmizdə fəal iştirak etmiş Cürənlini Nəzrindir. Biz də Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi adından layihə iştirakçımızı ürəkdən təbrik edir, gələcək həyatında bol şans diləyirik. Arzu edirik ki, müasir Azəribaycanımızın gələcəyində sizin kimi gənclərin xüsusi yeri olsun.