Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Əfqanıstan Veteranları” İctimai Birliyinin Ağstafa filialının sədri Mirzahid Hacıyevin iştirakı ilə Vətən müharibəsində şərəfli döyüş yolu keçərək şanlı tarix yazan bir qrup igid qazilərimizin “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna ziyarəti təşkil olunmuşdur. Daha sonra, qazilərin iştirakı ilə qoruq ərazisində yerləşən tarixi bu abidələrin sayına uyğun olaraq Ölkə Prezidentinin şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” ətrafında 237 ədəd badam tingi əkilmişdir.