Qoruğumuzun florasından

Qulançar

Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən “Saqqızlı və “Karvan dərəsi” yaşayış düşərgələri”ndə bahar aylarında, xüsusi ilə aprel ayında yetişən bitkilərdən biri də qulançardır.
Yabanı halda yetişən qulançara tarixdə 4 min il bundan əvvəl qədim Misirdə, daha sonra isə qədim Romada rast gəlinmişdir. Azərbaycanda yabanı halda yetişir və xalq arasında mərəçöyüd, quşqonmaz, məröyçə, mənçör, molla çörəyi və s. kimi adlarla tanınır, qida və dərman bitkisi kimi istifadə edilir. Yığılması heç də asan olmayan qulançar sahib olduğu vitamin və minerallar ilə dünyanın ən faydalı erkən tərəvəzlərindən biridir.