20 yanvar

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn seminar keçirilmişdir. Seminarda qoruğun rəhbərliyi və əməkdaşları tariximizin həm faciəli, həm də xalqımızın mübariz əzmini sərgiləyən qürurlu tarixi səhifələrindən biri olan bu hadisə haqqında fikirlərini bölüşmüşlər. Seminarda hal-hazırda qoruq ərazisində arxeoloji qazıntılar aparan, 20 Yanvar faciəsinin canlı şahidi olan, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, tarixçi-arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov çıxış edərək öz xatirələrini bölüşmüşdür. Seminar iştirakçıları yekdilliklə belə bir fikrin tərəfdarı oldular ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı qələbə şəhidlərimizin, uğrunda həyatlarını qurban verdikləri haqq işinin təntənəsi kimi dəyərləndirilməlidir.

Vətənimizin azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizi ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.