Qoruğumuzun nadir incilərindən

Keşikçidağın daş məmulatı.
30dekabr. Keşikçidağ ərazisində müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Bunlardan biri də daş baltadır. Daş balta müəyyən dərəcədə daş dövrünün rəmzidir. O, boz rəngli çay daşından hazırlanmış, formaca qövsvaridir. Hər iki üzü yastıdır və üzərində işləmə izi vardır. Uzunluğu 19.5 sm, eni yuxarı hissəsində eni 7 sm, aşağı hissəsində 5 sm-dir.