Qoruğumuzun nadir incilərindən... Saxsı cam

Azərbaycan qədim tarixə və zəngin maddi mədəniyyətə malik bir ölkədir. Bu zəngin mədəniyyəti ölkəmizin tarixi abidələri və arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi mədəniyyət nümunələri sübut edir. Azərbaycanın son tunc – erkən dəmir dövrə aid bu maddi-mədəniyyət nümunəsi saxsı cam Keşikçidağ mağaralar kompleksi ərazisindən əldə edilmişdir. Cam orta ölçülü, açıq boz rəngdə olub, yaxşı bişirilmişdir. Ağız hissəsinin kiçik sınığı var. Qalın divarlı qab narın qum qarışıqlı bozumtul gildən yüksək keyfiyyətlə hazırlanmışdır. Camın görünüşü olduqca cəlbedicidir. Oturacaqdan mərkəzi hissəsinə doğru yarım dairə formasındadır. Belə olan tərzdə camı əldə rahat saxlamaq mümkündür. İlk öncə qeyd edək ki, bu qablar dulus çarxında hazırlanmışdır. Kiçik ölçülü saxsı qabdan mətbəxdə istifadə olununduğu ehtimal edilir. Hündürlüyü 3 sm, ağız diametri 10 sm-dir.

Spread the love