"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə yol çəkilişi davam etdirilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müraciəti əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 05.08.2020-ci il tarixdən Bakı-Ağstafa-Poylu-Gürcüstan magistral yolunun 495-ci kilometrliyindən, Ağstafa-Sadıxlı yolunun 38-ci kilometrliyində Ölkə Prezidentinin sərəncamı ilə yaradılmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə yol çəkilişini davam etdirir.