Sirli qədim daş toplar.

Qoruğumuzun nadir inсilərindən… Sirli qədim daş toplar. Bu nadir maddi – mədəniyyət nümunəsi Keşikçidağ mağaralar kompleksinin ərazisindən Saqqızlı dərəsi (Aşel dövrü) istiqamətinə gedən yolda aşkarlanmışdır. Uzun müddətli yağıntılardan sonra selin yaranması və dərələrin yuyulması nəticəsində burada tez-tez daş toplara rast gəlinir. Daş topun materialı qum daşından ibarətdir. Ölçüsü 35 sm, səthi isə hamar zımpara ilə işlənmişdir. Topların yaranması barədə bir neçə mülahizələr vardır və hələ elm tərəfindən tam izah edilməyib. Bunlardan ən maraqlısı daş topların qədim sivilizasiya olan Mayalılar tərəfindən yaradılmasıdır. Bu, yuvarlaq daşların həm təbii mənşəli, həm də süni ola biləcəyi göstərilir. İbtidai icma quruluşunda yaşamış insanların ovçuluqda istifadə etdiyi sapand daşı olması da güman edilir. Bu daş toplar (ibtidai daş parçalayıcılar, baltalar, çaxmaqdaşlı ox ucları və nizələr ilə birlikdə) ən qədim artefakt (yer üzündəki insanların əl işlərinin sübutu) ola bilər.

 

Spread the love