Onlayn seminar.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu 29 İyul saat 16:00-da “Alban sivilizasiyası Keşikçidağda” mövzusunda onlayn seminar keçirmişdir. Seminarın moderatoru “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, məruzəçiləri Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsibli, AMEA-nın “Arxeologiya və Etnoqrafiya” İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsinin elmi işçisi, tarixçi-etnoqraf İsmayıl Umudlu olmuşdur. Seminarda Keşikçidağ ərazisində mağaraların yaranması və inkişaf etməsi, bu ərazidə yaşamış qədim insanların məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyi və inkişafı, onların qarşılıqlı mədəni-tarixi əlaqələrindən bəhs edilmişdir. Seminara Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsinin səlahiyyətlərini icra edən Könül xanım Cəfərova da qoşularaq çıxış etmişdir.a40-a qədər iştirakçının iştirak etdiyi seminar 1 saat davam etmşdir.