Keşikçidağda plakatların yenilənməsi

“Keşikçidağ” mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, sonuncu yaşayış məntəqəsi olan Böyük-Kəsik kəndindən 28 km şimal-şərq istiqamətində yerləşir. Qoruğun yerləşdiyi Ceyrançöl ərazisində yol hərəkəti iştirakçılarını məlumatlandırmaq üçün tanıtım lövhələri quraşdırılmışdır. Ağstafa rayon mərkəzindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən yolun 37-ci və 52-ci kilometrində qoruq əməkdaşları tərəfindən qoruğun loqosunu əks etdirən tanıtım lövhələri quraşdırılmışdır.

Spread the love