“Evdə qal evdə yarat” sosial layihəsinin iştirakçıları.

Məlumdur ki,dünyada və ölkəmizdə yayılan Coronavirus (COVİD19) pandemiyasının qarşısının alınması məqsədi ilə bir çox qurum, idarə və müəssəsələrin fəaliyyətinə təsir etmişdir. Bu səbəbdən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuda öz fəaliyyətini online şəklində davam etdirir. Mədəniyyət Nazirliyinin karantin dövründə “Evdə qal evdə yarat” layihəsinə qoruğda qoşularaq 29 martda “Qoruğumuzun istedadlı qonaqları” adlı layihəyə start vermişdir. İştirakçılar əsasən Ağstafa şəhər və kənd orta məktəbin sagirdləri olmuşdur. Layihə çərçivəsində onlar öz evlərində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisində yerləşən abidələr haqqında əl işləri, video roliklər, şeir parçaları, rəsməsərləri çəkərək müsabiqəmizə qoşulmuşdular.

Spread the love