Keşikçidağ Dövlət Tarix-mədəniyyət qoruğunun online konfransı.

Keşikçidağ Dövlət Tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev 17-19 aprel 2020-ci il tarixlərində Türkiyə Respublikasının Adana şəhərində online şəkildə təşkil olunmuş “ HOCA AHMET YESEVİ3. Uluslararası Bilimsel Araşdırmalar Konqresi ”adlı video konfransda iştirak etmişdir. Sonda konfrans təşkilatçıları tərəfindən qoruq rəhbərliyinə Sertifikat göndərilmişdir. Bundan başqa beynəlxalq konfransın çap edilmiş materiallar toplusunda “Keşikçidağ və Avey qoruqlarının ümumi cəhətləri” adlı məqalə çap olunmuşdur.