Türkiyə konfransları

26 Avqust Tarixi abidələrin tanıdılması, təbliğ edilməsi, əlaqələrin genişləndirilməsi məqsədilə son dövrlərdə beynəlxalq arenalarda bir çox konfranslar keçirilir. Belə konfranslarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun iştirakı təmin edilir. Növbəti belə konfranslardan biri də Türkiyənin Mardin şəhərində keçirilən “ II Uluslararası Mardin Artuklu Multidisipliner Çalışmalar Kongresi”dir. Həmin konqresdə qoruğumuzun direktoru Musa Mursaquliyev də iştirak edir.