Keşikçidağ mağaralar kompleksi.

11 may tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ulu əcdadlarımızdan bizə miras qalmış 70-ə qədər yaşı iki min ilə gedib çıxan təbii və süni mağaralar vardır. Tədqiqatlara əsaslanıb demək olar ki, bu təbii mağaraların 2 min il yaşı var. Mağaraların əksəriyyəti sıldırım qumsal qayalıqları yarıb çapma və yaxud yonma üsulu ilə yaradılıb. Qayaların tərkibini daşlaşmış qumsal süxurlar təşkil edir. Bu ərazilərdə yerləşən süni mağaraların yaranması isə VIII-XV əsrlərə təsadüf edir. Hər mağaranın girişi və mağzal tipli pəncərələri var. Mağaraların bəzisi kvadrat formalı, tavanları isə gümbəz şəkillidir. Kiçik ölçüləri ilə fərqlənən yaşayış üçün oyulmuş çox da hündür olmayan mağaralar bir yaxud bir neçə otaqdan ibarət olub bir nəfərlik yatağa və ibadətgaha malikdir.