Litvalı qonaqlar.

17 may Ağstafa rayonuna səfər etmiş Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyətinin rəhbəri Birştonas şəhərinin vitse meri Vytas Kederys, Birştonas şəhərinin meriyasının icraçı direktoru Valentinas Vincas Revuckas, Birştonas şəhərinin meriyasının deputatı Kristina Justinaviçiene , Birştonas istilik sistemi kompaniyasının direktoru Gintaras Verseckas, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov Ağstafa rayon Heydər Əliyev mərkəzində “Keşikçidağ” Dövlət Tarix –mədəniyyət qoruğunun qurduğu sərgi ilə tanış olmuşlar. Rəsmi qonaqlara qoruq haqqında ətraflı məlumat verilmiş, sonda qonaqlara “Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski, buklet, flayer, qoruğun abidəsi əks olunmuş hədiyyə çantası təqdim olunmuşdur.

Spread the love