“Ölkəmizi tanıyaq” 2

27.mart Respublikamızın şəhər və rayonlarının X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyasının növbəti iştirakçıları Ağstafa rayonunda olub. Tur iştirakçıları üçün “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Heydər Əliyev parkında ənənəvi pavilyonunu qurmuş, əməkdaşlarımız tərəfindən iştirakçılara qoruğumuz haqqında ətraflı məlumat verilmiş, bukletlər, flayerlər, diyircəkli qələmlər və “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli filmin diskləri paylanılmışdır.