Qoruqda monitorinq.

6 fevralda Qoruğumuz dağlıq ərazidə yerləşdiyindən qoruqdakı məlumat lövhələri güclü küləklərin təsirinə məruz qalır. Bu səbəbdən qoruq əməkdaşları tərəfindən ərazi mütəmadi olaraq nəzarətdə saxlanılır və təmirə ehtiyacı olan məlumat lövhələri yenidən bərpa olunur. “İlham Əliyev adına zirvə“ yaxınlığındakı qoruğun yaradılması haqqında sərəncamı əks etdirən məlumat lövhəsi də əməkdaşlarımız tərəfindən əsaslı təmir olunaraq yenidən bərkidilmişdir. Daha sonra kurqanlar vadisinə baxış keçirilmiş, üzərində kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparılmış kurqanın ətrafına çəkilmiş sədd bərpa edilmişdir.

Spread the love