Yolların çəkilməsi.

3 oktyabrda Mədəniyyət Nazirliyi Ölkə prezidentinin sərəncamı ilə yaradılmış “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun daha dərindən öyrənilməsi, hər tərəfli infrastrukturunun inkişafı üçün müvafiq qurumlara müraciət etmişdir. Digər qurumlarla yanaşı 2 oktyabr 2018 tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bölgə üzrə təhkim olunmuş məsul şəxsi, layihə institutunun məsul şəxsləri və hər iki qurumun şöbə müdirləri qoruq ərazisində yerləşən abidələrə ilkin baxış keçirmişlər. Yolların çəkilmə istiqaməti haqqında fikirlər çay süfrəsi ətrafinda daha geniş müzakirə edilmişdir.