“KEŞİKÇİDAĞ” DÖVLƏT TARİX-MƏDƏNİYYƏT QORUĞUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONQRESSDƏ İŞTİRAK ETMİŞDİR

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun beynəlxalq arenalarda təbliğ edilməsi məqsədilə həm ölkə daxili, həm ölkə xarici konfranslarda qoruğun iştirakı təmin edilir.
Qazaxıstanın paytaxtı Astana şəhərində 11-12 sentyabr 2018-ci il tarixlərində “Müasir dünyada oxu mədəniyyəti” adlı 3-cü beynəlxalq konqress keçirilmişdir. Bu konqressdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş elmi işçisi, tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsibli“Monqolların gəlişinə qədərki dövrdə xristian yazılı abidələrində türklər” adlı məqalə ilə çıxış etmişdir. Bu elmi məqalə təşkilatçıların marağına səbəb olmuş, konqressin gündəliyinə salınaraq nəşr olunmuşdur.

Ю.Насибли. В Астану, 02.09.2018

Spread the love