AMEA-nın alimləri qoruqda olmuşdur.

20 Avqust 2018 AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarixçi-etnoqraf İsmayıl Umudlunun rəhbərliyi ilə elmi ekspedisiya Qazax-Ağstafa bölgəsinə ezam olunmuşdur. Ekspedisiya üzvləri rayon ərazisində yerləşən yaşayış yerlərində görüşlər keçirmişdir. Ceyrançöldə yerləşən Keşikçidağ mağaralar kompleksi ərazisində də olan ekspedisiya üzvləri qoruq ərazisinə ilkin baxış keçirmiş və bu ərazidə yaşamış qədim insanların məişət və mədəniyyətindəki xüsusiyyətlərin tarixi dəyişkənliyi və inkişafı, onların qarşılıqlı mədəni-tarixi əlaqələri haqqında fikir mübadiləsi aparmışlar. Elmi-tədqiqat işlərinin yaxın gələcəkdə davam etdirilməsi nəzərdə tutulur.