“KEŞIKÇIDAĞ” DÖVLƏT TARIX-MƏDƏNIYYƏT QORUĞUNUN BEYNƏLXALQ KONFRANSDA ELMI MƏQALƏSI NƏŞR OLUNMUŞDUR.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu beynəlxalq arenalarda təbliğ edilməsi məqsədilə həm ölkə daxili, həm ölkə xarici konfranslarda qoruğun iştirakı təmin edilir.

Ukraynanın paytaxtı Kiyev şəhərində 20-21 iyul 2018-ci il tarixlərində “Kiyev-Peçersk Lavr – Yeni Afon – Qüds: Əsrlər boyu birlik” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Bu konfransa “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı məqalə göndərilmişdir. Bu elmi məqalə təşkilatçıların marağına səbəb olmuş, konfransın gündəliyinə salınaraq nəşr olunmuşdur.

Caucasus Albania

Spread the love